Главная > Dünya > Rusiya XİN Peskovun açıqlamasına zidd olaraq Kremlə hücumda Qərbi günahlandırmır
Rusiya XİN Peskovun açıqlamasına zidd olaraq Kremlə hücumda Qərbi günahlandırmır27-05-2023, 11:58. Разместил: azadses |
Ukrayna Qərb tərəfdaşlarının razılığı olmadan Kremlə hücum edib. “Report” xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib. Qaluzin Kremlin dron hücumunun Rusiya Prezidentinə sui-qəsd və terror aktı kimi qiymətləndirilə biləcəyi tezisini təkrarlayıb və rəsmi Moskvanın mövqeyinə də aydınlıq gətirib: “Anladığımız kimi, Ukrayna hakimiyyətinin bu addımları münaqişənin mümkün kəskinləşməsindən qorxan qərbli ağaları ilə razılaşdırılmayıb. Lakin onların heç biri açıq şəkildə bu təxribatı pisləməyib”. Bununla belə, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyi Kreml sözçünün Kremlə dron hücumundan bir gün sonra verdiyi açıqlama ilə ziddiyyət təşkil edir. Belə ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov insidentdə birbaşa ABŞ-ni günahlandırmışdı. Вернуться назад |