Главная > Dünya > İlon Maskın şirkətinə beyin çiplərini insanlar üzərində sınaqdan keçirməyə icazə verilib

İlon Maskın şirkətinə beyin çiplərini insanlar üzərində sınaqdan keçirməyə icazə verilib


26-05-2023, 08:43. Разместил: azadses
“Tesla” və “SpaceX” şirkətlərinin, həmçinin “Twitter”in sahibi İlon Maskın beyin çipləri istehsal edən “Neuralink” şirkəti insanlarda klinik sınaqlar üçün tənzimləyicidən icazə alıb.

“Report” xəbər verir ki, bu barədə məlumat şirkətin tviter səhifəsində yerləşdirilib.

“İnsan üzərində klinik sınaqlara başlamaq üçün FDA (Qida və dərman administrasiyası - Red) təsdiqini aldığımızı məmnuniyyətlə elan edirik!”-məlumatda vurğulanıb.

“Neuralink” qeyd edib ki, klinik sınaqlarda iştirakçıların işə qəbulu ilə bağlı məlumat yaxın vaxtlarda açıqlanacaq.


Вернуться назад