Главная > Dünya > Yaponiya dövləti təhlükədə: Xilas üçün təcili olaraq 21,5 milyard dollar ayrılacaq

Yaponiya dövləti təhlükədə: Xilas üçün təcili olaraq 21,5 milyard dollar ayrılacaq


25-05-2023, 11:42. Разместил: azadses
Yaponiya hökuməti 2027-ci ildən başlayaraq ölkədə doğum səviyyəsinin artırılmasına yönəlmiş tədbirlərin maliyyələşdirilməsinə hər il 21,5 milyard dollar (təxminən 36,7 milyard manat) ayırmaq niyyətindədir.

Bu vəsaitlərin təxminən 10,7 milyard dolları (18,1 milyard manat) uşaq müavinətləri də daxil olmaqla, iqtisadi dəstək tədbirlərinin təmin edilməsi üçün istifadə olunacaq. Təhsil sisteminin əlçatanlığının artırılmasına 5,7 milyard dollar (9,6 milyard manat), işləyən valideynlərin dəstəklənməsinə, o cümlədən analıq məzuniyyətinin maliyyələşdirilməsinə isə 5 milyard dollar (8,5 milyard manat) ayrılması planlaşdırılır.

Xərclərin təxminən 30%-nin sığorta ödənişləri üzrə yığımların məbləğinin artırılması hesabına təmin edilməsi nəzərdə tutulur. Bundan əlavə, vəsait çatışmazlığı halında Yaponiya hökuməti əlavə istiqrazların buraxılmasına başlaya bilər.

Daha əvvəl bildirilmişdi ki, 2022-ci ildə Yaponiyada müşahidələr tarixinin ən az sayda uşaq doğumu qeydə alınıb. Hökumət etiraf edir ki, ölkədə doğum səviyyəsinin aşağı düşməsi kritik həddədir.
Qeyd edək ki, doğum nisbətinin aşağı düşməsi ölkənin gələcək illərdə daha az işçi qüvvəsinə və daha az vergi ödəyicisinə malik olması deməkdir.

Mənbə: Yomiuri


Вернуться назад