Главная > Dünya > Orban ABŞ-nin öz nöqteyi-nəzərini başqa dövlətlərə təlqin etmək istəyini bəyənmir
Orban ABŞ-nin öz nöqteyi-nəzərini başqa dövlətlərə təlqin etmək istəyini bəyənmir24-05-2023, 11:09. Разместил: azadses |
Macarıstan ABŞ-nin təlimlərini və Vaşinqtonun öz nöqteyi-nəzərini başqa dövlətlərə təlqin etmək istəyini bəyənmir. “Report” xəbər verir ki, bu barədə ölkənin Baş naziri Viktor Orban deyib. Onun fikrincə, ABŞ Demokratik Partiyası respublikaçılardan daha çox ideoloji yönümlüdür və həmişə digər ölkələri “inandırmağa”, “bəzən də onları necə yaşamağa məcbur etməyə” çalışır. Siyasətçi qeyd edib ki, bu, Macarıstanın “xoşuna gəlmir”. “Bizim öz mədəniyyətimiz var, necə yaşamağımızı müəyyən edir, qarışmayın, lütfən, bizə öyrətməyin, nəyin yaxşı, nəyin pis olduğunu deməyin, xoşumuza gəlmir. Bu, sizin işiniz deyil, amerikalılar və ya hər hansı başqa millət, bu macarların işidir”, - Baş nazir vurğulayıb. Onun sözlərinə görə, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp anlayıb. Вернуться назад |