Главная > Dünya > ABŞ maliyyə naziri ölkədə defolt təhlükəsinin olduğunu təsdiqləyib

ABŞ maliyyə naziri ölkədə defolt təhlükəsinin olduğunu təsdiqləyib


23-05-2023, 14:30. Разместил: azadses
ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, Ağ Ev və ABŞ Konqresinin milli borc tavanının artırılması ilə bağlı razılığa gəlməyə vaxtı olmasa, ölkənin iyunun 1-də federal borcunu defolt edə biləcəyinə hələ də inanır.

“Report” xəbər verir ki, bu barədə onun Konqresin rəhbərliyinə göndərdiyi məktubda deyilir.

“Bizim hesablara görə, Konqres iyunun əvvəlinə, hətta bəlkə də iyunun 1-nə kimi bir həll tapmasa, nazirliyin ABŞ hökumətinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcəyi ehtimalı böyükdür”, - sənəddə deyilir.


Вернуться назад