Главная > Dünya > Ukrayna Silahlı Qüvvələri: "Son sutkada Rusiyanın 20 "Shahed" PUA-sı məhv edilib"

Ukrayna Silahlı Qüvvələri: "Son sutkada Rusiyanın 20 "Shahed" PUA-sı məhv edilib"


22-05-2023, 15:24. Разместил: azadses
Ukrayna Silahlı Qüvvələri ötən gecə Rusiyaya məxsus İran istehsallı 20 “Shahed” PUA-sını məhv edib.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrindən bildirilib.

Qeyd olunub ki, həmçinin qarşı tərəfin 4 qanadlı raketi zərərsizləşdirilib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.


Вернуться назад