Главная > Dünya > Türkiyənin avrokuboklarda komanda sayı artdı: İkisi Çempionlar Liqasında yarışacaq

Türkiyənin avrokuboklarda komanda sayı artdı: İkisi Çempionlar Liqasında yarışacaq


19-05-2023, 20:58. Разместил: azadses
Türkiyə 2024/25 mövsümündə avrokuboklarda beş komanda ilə təmsil olunacaq.

Oxu.Az xəbər verir ki, qonşu ölkə sözügedən mövsümdə UEFA-nın klub reytinqində 12-ci pillədə yer alacağından bu hüququ əldə edib.

Bu, dünən gecə “Bazel”in Konfrans Liqasının yarımfinalında “Fiorentina”ya uduzmasından (1:3) sonra bəlli olub. Onların mübarizəni dayandırması səbəbindən İsveçrənin reytinqdə Türkiyəni keçə bilməyəcəyi dəqiqləşib.
Bu isə o deməkdir ki, 2024/25 mövsümündə Türkiyə qitəmiqyaslı yarışlarda ikisi Çempionlar Liqasında (ÇL) olmaqla beş komanda ilə təmsil olunacaq. Çempion ÇL-in pley-off, gümüş medalçı 2-ci təsnifat mərhələsindən start verəcək. Super Liqada 3-cü yeri tutacaq komanda Avropa Liqasının 3-cü təsnifat mərhələsindən, ölkə kubokunun sahibi turnirin pley-offundan mübarizəyə başlayacaq. Çempionatda 4-cü yeri tutacaq komanda isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində çıxış etmək hüququ qazanacaq.

Qeyd edək ki, 2023/24 mövsümündə Türkiyə hazırda olduğu kimi avrokuboklara 4 komanda ilə qatılacaq. Yalnız Super Liqanın qalibi ÇL-də yarışacaq.


Вернуться назад