Главная > Dünya > “Taliban”ın naziri Rusiya ilə əməkdaşlığa imkan verməyən ABŞ sanksiyalarından gileylənib

“Taliban”ın naziri Rusiya ilə əməkdaşlığa imkan verməyən ABŞ sanksiyalarından gileylənib


19-05-2023, 13:35. Разместил: azadses
Əfqanıstanda hakimiyyəti zorla ələ keçirən “Taliban”ın “sənaye və ticarət naziri” Nürəddin Əzizi Rusiya ilə iqtisadi əməkdaşlığa mane olan ABŞ sanksiyalarından gileylənib.

“Report” xəbər verir ki, bu barədə Əzizi Rusiyanın dövlət agentliyinə açıqlamasında bildirib.

“Bir sıra məhdudiyyətlər, daha dəqiq desək, sanksiyalarla bağlı problemlər var – ABŞ və bir sıra digər ölkələr tərəfindən Rusiyaya qarşı, eləcə də pul köçürmələri baxımından Əfqanıstana qarşı məhdudiyyətlər”, - o, “Rusiya – İslam dünyası” sammitinin kuluarında bildirib.

Onun sözlərinə görə, Əfqanıstan xalqı çətin vəziyyətdə olduğundan Moskva ilə Kabil arasında əməkdaşlığa imkan verəcək istisnalar edilməlidir.

Qeyd edək ki, Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda “Rusiya – İslam dünyası” forumu keçirilir. Tədbirdə Rusiyanın 84 regionu, həmçinin 85 ölkədən olan nümayəndələrlə yanaşı, dünyanın bir sıra dövlətlərində, o cümlədən Rusiyada terror təşkilatı kimi tanınan “Taliban”ın təmsilçiləri də iştirak edir.


Вернуться назад