Главная > Dünya > Sakit okeanda 7,7 maqnitudalı zəlzələ olub

Sakit okeanda 7,7 maqnitudalı zəlzələ olub


19-05-2023, 09:37. Разместил: azadses
Yeni Kaledoniya sahilində 7,7 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 06:57-də Luayote adasının cənub-şərqində qeydə alınıb. Zəlzələnin ocağı 37,7 km dərinlikdə olub.

Qurum zəlzələnin episentrindən 1 000 kilometr radiusda sunami təhlükəsi barədə xəbərdarlıq edib.


Вернуться назад