Главная > Dünya > Türkiyədə səsvermə günü üçün əsas qadağalar – SİYAHI
Türkiyədə səsvermə günü üçün əsas qadağalar – SİYAHI14-05-2023, 10:33. Разместил: azadses |
Türkiyədə səsvermə günü üçün əsas qadağaların siyahısı açıqlanıb. Bu haqda Türkiyənin Ali Seçki Şurası (YSK) tərəfindən bildirilib. - Seçki günü saat 06.00-dan 24.00-dək spirtli içkilərin satışı qadağan ediləcək. - Yaşayış məntəqələrində təhlükəsizliyin və asayişin qorunmasına cavabdeh olan şəxslərdən başqa heç kim silah gəzdirə bilməyəcək. - Seçki günü qəhvəxana, internet kafe kimi bütün ictimai əyləncə yerləri bağlı olacaq. - Əyləncə məkanı olan restoranlarda yalnız yeməklər verilə bilər. - Seçki günü saat 18:00-a kimi toyların keçirilməsi qadağandı. - YSK-nın qərarlarına əsasən, saat 18:00-a qədər mətbuatda seçkilər və onların nəticələri ilə bağlı proqnoz və şərh vermək qadağan olunacaq. - Saat 18.00-21.00 arasında YSK-nın seçki ilə bağlı verəcəyi xəbərlər və bildirişlər dərc olunacaq. - Saat 21:00-dan sonra bütün yayımlar pulsuz olacaq, YSK bu vaxtı daha erkən təyin edə biləcək. - Prezident seçkiləri ikinci tura keçərsə, mayın 28-də də eyni müddəalar tətbiq olunacaq. Səs verə bilməyən şəxslər aşağıdakılardır: - Hərbi təhsil müəssisələrinin tələbələri; - Penitensiar müəssisələrdə olan məhkumlar; Вернуться назад |