Главная > Dünya > Soçi yaxınlığında zəlzələ oldu

Soçi yaxınlığında zəlzələ oldu


14-05-2023, 12:34. Разместил: azadses
Rusiyanın Krasnodar diyarında 3,6 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Soçidən 75 km şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə baş idarəsinin mətbuat xidmətindən jurnalistlərə bildiriblər ki, zəlzələ nəticəsində tələfat qeydə alınmayııb.

Mənbə: TASS


Вернуться назад