Главная > Dünya > Ukraynanın bütün ərazisində hava həyacanı elan edilib

Ukraynanın bütün ərazisində hava həyacanı elan edilib


14-05-2023, 11:02. Разместил: azadses
Bazar günü gecə bütün Ukraynada hava xəbərdarlığı elan edilib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsində məlumat verilib.

Bildirilib ki, sirenalar Bakı vaxtı ilə saat 04:42-dən başlayıb. Bundan əvvəl Ukraynanın cənubunda, şərqində və mərkəzi hissəsində hava həyəcanı elan edilib.

Xatırladaq ki, daha öncə Ukrayna mətbuatı Ternopil və Xersonda partlayışlar barədə məlumat yayıb. Partlayışların hansı obyektlərdə eşidildiyi açıqlanmayıb.
Вернуться назад