Главная > Dünya > Alimlər bir anda daha yaxşı eşitməyin yolunu açıqladılar

Alimlər bir anda daha yaxşı eşitməyin yolunu açıqladılar


13-05-2023, 12:55. Разместил: azadses
Bir göz bağlı olanda eşitmə, demək olar ki, dərhal yaxşılaşır. Bu yolla bəzi hiss orqanları digərlərinin funksiyasının pisləşməsini kompensasiya edir.

İtaliya və Almaniya alimlərinin bununla bağlı tədqiqatları “NeuroImage” jurnalında dərc olunub.

Bu yeni araşdırma üçün tədqiqatçılar 20 iştirakçının bir gözünü bağlayıblar. Sonra təcrübəçilərdən yanıb-sönən işığa baxmaları, həmçinin səs siqnallarını dinləmələri istənilib.

Bu zaman beyindəki aktivlik elektroensefaloqramma vasitəsi ilə millisaniyə dəqiqliyi ilə qeydə alınıb.

Вернуться назад