Главная > Dünya > Rusiya İstintaq Komitəsi sədrindən səfərbərlikdən yayınmaq üçün cinsiyyətini dəyişdirənlərə sərt sözlər

Rusiya İstintaq Komitəsi sədrindən səfərbərlikdən yayınmaq üçün cinsiyyətini dəyişdirənlərə sərt sözlər


12-05-2023, 21:25. Разместил: azadses
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin yalnız sənədlərdə cinsiyyət dəyişdirilməsini saxtakarlıq adlandırıb.

O, bu barədə cümə axşamı Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu çərçivəsində keçirilən “Müasir təhdidlər fonunda milli təhlükəsizliyin hüquqi təminatı” adlı sessiyada çıxışı zamanı bildirib.

“Avropanın onlara güzəştlər verməsi Avropanın problemidir. Kağız üzərində cinsiyyət dəyişikliyi dələduzluqdur, fırıldaqdır. Bu dələduzluq, bu fırıldaq dövlətin maraqlarına və müdafiə imkanlarına zərbə vurur”, - deyə o, bəyan edib.

İstintaq Komitəsinin rəhbərinin sözlərinə görə, o, səfərbərlikdən yayınmaq üçün ölkədən qaçan və cinsiyyətini dəyişənləri nəzərdə tutur.

“Biz yeni reallıqları nəzərə alaraq hərəkət edəcəyik”, - Bastrıkin əlavə edib.

Daha əvvəl Rusiya Federasiyasının ədliyyə naziri Konstantin Çuyçenko Rusiya qanunvericiliyində ailə dəyərlərinin möhkəmləndirilməsi üçün ilk addımlardan biri kimi pasport və digər sənədlərdə cinsiyyətin dəyişdirilməsi imkanının ləğvindən danışıb. O, yaxın gələcəkdə Rusiya pasportunda və digər sənədlərdə cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun layihəsinin hazırlanacağını qeyd edib.

Mənbə: TASS


Вернуться назад