Главная > Dünya > Böyük Britaniyanın XİN başçısı ABŞ-da Ukraynaya yardımı müzakirə edəcək

Böyük Britaniyanın XİN başçısı ABŞ-da Ukraynaya yardımı müzakirə edəcək


9-05-2023, 09:01. Разместил: azadses
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Ukraynaya yardımı müzakirə etmək üçün ABŞ-a gedib.

"Report" xəbər verir ki, bu barədə məlumat ölkənin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

“Xarici işlər naziri ABŞ və Böyük Britaniyanın Ukrayna qarşısında uzunmüddətli öhdəliklərini müzakirə etmək üçün Bayden administrasiyası və ABŞ Konqresinin təmsilçiləri ilə görüşmək üçün Vaşinqtona səfər edib”, - məlumatda bildirilir.

Qeyd edilir ki, “Kleverli Ukraynanın qələbəsini təmin etmək üçün vahid beynəlxalq cəbhənin saxlanmasının vacibliyini vurğulayacaq”.

Bundan əlavə, diplomat Britaniya və Birləşmiş Ştatlar arasında 1 trilyon dollar dəyərində investisiya əlaqələrinin qurulmasını müzakirə etməyi planlaşdırır.

Çərşənbə axşamı Kleverlinin dövlət katibi Entoni Blinkenlə, çərşənbə günü isə ABŞ Konqresinin aparıcı üzvləri ilə danışıqlar aparması nəzərdə tutulur.


Вернуться назад