Главная > Dünya > Tayvanla bağlı münaqişə ABŞ - Çin müharibəsinə çevrilə bilər
Tayvanla bağlı münaqişə ABŞ - Çin müharibəsinə çevrilə bilər8-05-2023, 13:03. Разместил: azadses |
Tayvanla bağlı hipotetik münaqişə ABŞ və Çin arasında böyük müharibəyə səbəb ola bilər. Bu fikri ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincer bazar günü CBS telekanalına müsahibəsində bildirib. “Bizim problemimiz var. Bunun iki yüksək texnologiyalı güc arasında genişmiqyaslı müharibəyə çevrilə biləcəyi faktı təcili diqqət tələb edir”, - Dövlət Departamentinin keçmiş rəhbəri vurğulayıb. Bu baxımdan, onun sözlərinə görə, indi “çox təhlükəli dövrdür”. Eyni zamanda, keçmiş dövlət katibi əlavə edib ki, Çini beynəlxalq sistemdən kənarlaşdırmaq olmaz. Вернуться назад |