Главная > Dünya > Mərkəzi Asiya dövlətlərinin prezidentləri Çinə dövlət səfəri edəcək

Mərkəzi Asiya dövlətlərinin prezidentləri Çinə dövlət səfəri edəcək


8-05-2023, 10:05. Разместил: azadses
Yaxın vaxtlarda Çinə Mərkəzi Asiya regionunun bütün dövlətlərinin başçıları səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Hua Çunyin məlumat verib.

Onun sözlərinə görə, Çin sədri Si Cinpin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi, Qırğızıstan Prezidenti Sadır Japarovu, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi, Tacikistan Prezidenti Emoməli Rəhmonu mayın 16-dan 20-dək Çinə dövlət səfərinə dəvət edib.

Hua Çunyinqin qeyd etdiyi kimi, Türkmənistanın rəhbəri Sərdar Berdiməhəmmədovun da qoşulacağı dəvət olunmuş prezidentlər Çin-Mərkəzi Asiya sammitində iştirak edəcəklər. Sammit Şaansi əyalətinin paytaxtı Sian şəhərində Si Cinpinin sədrliyi ilə keçiriləcək.


Вернуться назад