Главная > Dünya > Serbiyada məktəblər silahlı polis tərəfindən qorunacaq
Serbiyada məktəblər silahlı polis tərəfindən qorunacaq8-05-2023, 08:56. Разместил: azadses |
Serbiya Prezidenti Aleksandar Vuçiç atışmalardan sonra ölkədəki bütün məktəblərin silahlı polis tərəfindən qorunacağını deyib. "Report" xəbər verir ki, bu barədə RTS məlumat yayıb. “Onlar yaxşı silahlanmış, təchiz edilmiş və güc tətbiq etməyə hazır olacaqlar”, - Prezident bildirib. Bundan əvvəl Serbiyanın təhsil naziri Branko Ruziç Belqradda məktəbdə 9 nəfərin ölümü ilə nəticələnən atışmadan sonra istefa verib. Belqrad hakimiyyəti mayın 3-də və 5-də baş vermiş qırğınlarda həlak olanların xatirəsini yad edib. O da məlum olub ki, Vuçiç ölümlə nəticələnən iki atışmadan sonra silahlara nəzarəti yaxşılaşdırmaq və məktəblərin təhlükəsizliyini gücləndirmək üçün bir sıra sərt tədbirlər təklif edib. Вернуться назад |