Главная > Dünya > Kissincer ilin sonunadək Ukrayna və Rusiya arasında “real danışıqların” baş tutacağını proqnozlaşdırır

Kissincer ilin sonunadək Ukrayna və Rusiya arasında “real danışıqların” baş tutacağını proqnozlaşdırır


8-05-2023, 08:28. Разместил: azadses
Ukrayna və Rusiya arasında “real danışıqlar” ilin sonunadək mümkündür. Bu, Çin sayəsində mümkün olacaq.

“Report” xəbər verir ki, bu fikri ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincer “CBS News”a müsahibəsində səsləndirib.

“İndi Çin danışıqlara girdiyinə görə, düşünürəm ki, onlar ilin sonuna qədər kulminasiya nöqtəsinə çatacaqlar. Biz danışıqlar prosesindən və hətta real danışıqlardan (Ukrayna və Rusiya arasında - red.) danışacağıq”, - sabiq diplomat vurğulayıb.


Вернуться назад