Главная > Dünya > Kiyevə dron hücumu olub, yaralananlar var

Kiyevə dron hücumu olub, yaralananlar var


8-05-2023, 07:32. Разместил: azadses
Ukraynanın paytaxtı Kiyevə dron hücumu nəticəsində 3 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə paytaxtın meri Vitali Kliçko teleqramda bildirib.

Onun sözlərinə görə, şəhərin Svyatoşınski rayonuna hücum edən dronların qalıqları düşüb.

Mer paytaxtda 3 nəfərin xəsarət aldığını da qeyd edib: “Partlayış yerində Solomenski rayonunda 3 və Svyatoşınski rayonunda 1 zərərçəkmiş var. Həkimlər hadisə yerində yardım edirlər”.


Вернуться назад