Главная > Dünya > Rusiya ağır artilleriyadan Nikopolu atəşə tutub, ölən və yaralananlar var

Rusiya ağır artilleriyadan Nikopolu atəşə tutub, ölən və yaralananlar var


7-05-2023, 18:44. Разместил: azadses
Rusiya qoşunları mayın 7-də gecə saatlarında Nikopola ağır artilleriya zərbələri endirib.

"Report" UNİAN-a istinadən xəbər verir ki, hücum nəticəsində bir nəfər ölüb, yaralananlar var.

Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergiy Lısak bildirib ki, ölən 72 yaşlı qadındır.

O, həmçinin qeyd edib ki, şəhərdə 7 fərdi yaşayış evi və hündürmərtəbəli bina zədələnib, kollecin yataqxanasının şüşələri sındırılıb.

"Üç qaz kəməri, elektrik xətti və 14 günəş batareyası da zərər çəkib. Həmçinin yardımçı tikililər və beş avtomobil yararsız vəziyyətə düşüb", - Lısak bildirib.


Вернуться назад