Главная > Dünya > ABŞ İnstitutu: "İranda din xadimləri ilə rejim arasında çatlar yaranır"

ABŞ İnstitutu: "İranda din xadimləri ilə rejim arasında çatlar yaranır"


6-05-2023, 18:21. Разместил: azadses
İranda din xadimləri ilə rejim arasında çatlar yaranır.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu yazıb.

Bildirilib ki, son bir ay ərzində İranda din xadimlərinə qarşı hücumlar artıb: “Aprel ayında din xadimlərinə qarşı 4 hücum olub. Belə insidentlər əvvəlki aylara nisbətən bir neçə dəfə artıb”.

Həmçinin qeyd olunub ki, İranda edamların da sayı artıb: “İran hakimiyyəti son bir həftə ərzində ən azı 42 vətəndaşı edam edib. Bununla bağlı olaraq xüsusilə Sistan və Bəlucistan əyalətlərində rejim əleyhinə əhvali-ruhiyyə yenidən güclənə bilər".

Qərb analitiklərinin fikrincə, ölkədə hakimiyyət əleyhinə etirazlar daha da güclənə bilər.

Qeyd edək ki, bu il fevralın 15-dən İranda tələbə qızların kütləvi zəhərlənməsi halları geniş yayılıb.

Xatırladaq ki, İranda etiraz aksiyaları ötən il sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin işgəncə nəticəsində öldürülməsindən sonra başlayıb.


Вернуться назад