Главная > Dünya > Cənubi Koreyada ABŞ-nin qırıcısı qəzaya uğrayıb

Cənubi Koreyada ABŞ-nin qırıcısı qəzaya uğrayıb


6-05-2023, 08:34. Разместил: azadses
ABŞ-yə məxsus F-16 qırıcısı Cənubi Koreyada təlim uçuşu zamanı qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ Hərbi Hava Qüvvələrinin Cənubi Koreya komandanlığına istinadən məlumat yayıb.

Bildirilib ki, qırıcı ABŞ Hərbi Hava Qüvvələrinin KXDR ilə sərhədinə ən yaxın ABŞ Hərbi Hava Qüvvələri bazası olan Osan aviabazasının yaxınlığındakı kənd ərazisinə düşüb. Pilot katapult olunub və xəstəxanaya yerləşdirilib, əhali arasında itki yoxdur.

Hadisənin baş verdiyi Köngido əyalətinin qubernatoru bildirib ki, yanğını söndürmək üçün yanğınsöndürənlər qəza yerinə göndərilib.

Qırıcının qəzaya uğramasının səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад