Главная > Dünya > Tümendə meşə yanğını, 13 evə ziyan dəyib

Tümendə meşə yanğını, 13 evə ziyan dəyib


5-05-2023, 14:25. Разместил: azadses
Rusiyanın Tümen vilayətinin Uspenka kəndində baş verən yanğın 3 900 kv.m sahədə lokallaşdırılıb, yanğın bölmələri 1000-dən çox yaşayış binasını yanğından mühafizə edə bilib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Uspenka kəndində 3900 kvadratmetr sahədə yanğın lokallaşdırılıb. Yanğın nəticəsində 13 yaşayış evinə ziyan dəyib. Yanğından mühafizə bölmələrinin operativ və əlaqələndirilmiş tədbirləri nəticəsində 1000-dən çox yaşayış binası yanğından mühafizə olunub”, - mətbuat xidmətindən bildiriblər.

Ümumilikdə yanğının söndürülməsinə iki Mi-8 helikopteri, 226 nəfər, 56 texnika cəlb olunub.


Вернуться назад