Главная > Dünya > Macarıstan baş naziri Trampla bağlı çağırış etdi

Macarıstan baş naziri Trampla bağlı çağırış etdi


5-05-2023, 11:58. Разместил: azadses
“Donald Trampın ABŞ prezidentliyinə qayıdışı Ukrayna məsələsinə son qoymağa kömək edə bilər”.

Bu barədə Macarıstan Baş naziri Viktor Orban Budapeştdə mühafizəkar siyasi partiyaların konfransı zamanı bildirib.

Viktor Orban qeyd edib ki, Tramp o vaxtdan indiyə qədər prezidentliyini davam etdirmiş olsaydı, Ukrayna müharibəsi, ümumiyyətlə, olmazdı.
Orban, həmçinin Trampın Ağ Evə qayıdacağına, “Amerikanı yenidən möhtəşəm” edəcəyinə və Avropa ölkələrinə sülh gətirəcəyinə ümid etdiyini vurğulayıb.

Mənbə: MK.ru


Вернуться назад