Главная > Dünya > Ukrayna Baş Qərargahı: "Rusiyanın İran istehsalı olan daha 18 “Şahed” PUA-sı vurulub"

Ukrayna Baş Qərargahı: "Rusiyanın İran istehsalı olan daha 18 “Şahed” PUA-sı vurulub"


4-05-2023, 16:32. Разместил: azadses
Son sutkada Ukrayna səmasında Rusiyanın İran istehsalı olan 18 ədəd “Şahed” pilotsuz uçuş aparatı (PUA) vurulub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumata görə, Rusiya ordusu ötən gecə ümumilikdə 24 PUA ilə Ukraynaya hücum edib.

Rusiya ordusu son sutkada Ukrayna ərazisinə 67 dəfə raket zərbəsi endirib. Nəticədə mülki binalar dağılıb.

“Düşmənin 40 hücumu dəf edilib. Ən şiddətli döyüşlər Baxmut və Marinka uğrunda gedir”, - Baş Qərargahdan bildirilib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.


Вернуться назад