Главная > Dünya > "Borusan Cat Azərbaycan" "Müştəri görüşü 2023" adlı tədbir keçirib

"Borusan Cat Azərbaycan" "Müştəri görüşü 2023" adlı tədbir keçirib


4-05-2023, 15:39. Разместил: azadses
Mayın 1-dən "Borusan Cat Azərbaycan" "Müştəri günü 2023" adlı tədbir keçirib.

Şirkət ölkəmizdəki fəaliyyətinin 26-cı il dönümündə inşaat və yaxın sahədə fəaliyyət göstərən müştərilərini tədbirə dəvət edib və tədbirdə ümumilikdə 250 şirkət nümayəndəsi iştirak edib.

Əsas məqsəd "Borusan Cat Azərbaycan"ın yeni məhsulları və həllərini müştərilərinin diqqətinə çatdırmaqdan ibarət idi.

Tədbirdə çıxış edən "Borusan Cat" İdarə Heyətinin Sədri Özgür Günaydın qardaş ölkə Azərbaycanda "Borusan Cat"in yatırımlarından danışıb və ölkəmizin iqtisadiyyatının gələcəkdə də yüksək potensiala sahib olduğunu qeyd edib.

Tədbirdə həmçinin, "Borusan Cat Azərbaycan" "Boom 360" tətbiqini təqdim edib, həmin tətbiq vasitəsilə auksion elan edib. Auksiondan (hərracdan) yığılacan qazanc Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəznində laborotoriyanın qurulması üçün ianə ediləcək.

"Boom 360" tətbiqi vasitsilə "Borusan Cat Azərbaycan"ın müştəriləri sorğularını onlayn şəkildə göndərə və "Borusan Cat Azərbaycan"ın xidmətlərindən rəqəmsal şəkildə istifadə edə bilərlər.

Qardaş ölkə Azərbaycandakı fəaliyyəti ilə bağlı danışan "Borusan Cat Azərbaycan"ın direktoru Ömer Emre Demirkale “qardaş ölkə Azərbaycandakı mövcudluğumuzdan məmnuniyyət hissi duyuruq” şəklində açıqlama verib.

"Borusan Makina ve Güç Sistemleri", "Borusan Qrupu"nun Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Qırğızıstanda fəaliyyət göstərən distribüter şirkətlərindən biridir. 1997-ci ildə Bakıda təsis edilən "Borusan Makina ve Güç Sistemleri" 1994-cü ildən etibarən "Caterpillar" məhsullarının rəsmi dileri olan "Türkiyə Borusan Makina" şirkətinin bir hissəsi olaraq fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyəti tikinti və dağ-mədən texnikalarının, dizel və qaz generatorlarının satışından, ikinci əl satışından, kirayəsindən və təmirinin təşkilindən ibarətdir, eyni zamanda həmin texnika və generatorların ehtiyat hissələrinin satışını da həyata keçirir.

1997-ci ildən etibarən, "Borusan Cat Azərbaycan" şirkəti “Caterpillar”ın müxtəlif sahələrdə istifadə olunan avadanlıq və texnikalarının təchizatını təmin edir.


Вернуться назад