Главная > Dünya > Kanadada kiçik təyyarə eniş zamanı avtomobilə çırpılaraq alovlanıb

Kanadada kiçik təyyarə eniş zamanı avtomobilə çırpılaraq alovlanıb


3-05-2023, 11:13. Разместил: azadses
Kanadanın Britaniya Kolumbiyası ştatının Lenqli şəhərində kiçik təyyarə və pikapın iştirakı ilə baş verən insident nəticəsində 3 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Bildirilib ki, “Cessna 182” eniş zamanı yerli hava limanından kənarda yerləşən magistral yolda hərəkət edən pikapın damına çırpılıb. Toqquşma nəticəsində təyyarə qəzaya uğrayaraq alovlanıb, təyyarədə pilot və sərnişin olub, onlar xəstəxanaya yerləşdirilib. Avtomobilin sürücüsü də xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Вернуться назад