Главная > Dünya > BMT-də UNIAN-ın jurnalisti Dmitro Xilyukun Rusiya əsirliyindən azad olunmasına çağırış edilib

BMT-də UNIAN-ın jurnalisti Dmitro Xilyukun Rusiya əsirliyindən azad olunmasına çağırış edilib


3-05-2023, 09:41. Разместил: azadses
Ukrayna Milli Jurnalistlər Birliyinin (UMJB) sədri Sergiy Tomilenko UNIAN-ın jurnalisti Dmitro Xilyukun Rusiya əsirliyindən azad edilməsinə çağırıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Tomilenko Nyu-Yorkda BMT Baş Assambleyasında Ümumdünya Söz Azadlığı Günü münasibətilə çıxışı zamanı danışıb.

“Ötən ilin martında əsir götürülən ən azı bir mülki ukraynalı jurnalist hələ də Rusiyada həbsdədir”, - Tomilenko bildirib.

O qeyd edib ki, söhbət UNIAN-ın jurnalisti Dmitro Xilyukdan gedir.

Eyni zamanda, S. Tomilenko işğal altındakı Krımda həbs edilən yerli tatar jurnalistlərin də azad olunmasını çağırış edib.

Xatırladaq ki, UNIAN-ın jurnalisti Dmitro Xilyuk ötən ilin fevral ayında Rusiyanın Ukraynanın Kiyev vilayətinə hücumu zamanı əsir düşüb.


Вернуться назад