Главная > Dünya > Kolumbiyada bir gündə 5 tondan çox narkotik maddə müsadirə edildi
Kolumbiyada bir gündə 5 tondan çox narkotik maddə müsadirə edildi1-05-2023, 10:19. Разместил: azadses |
Kolumbiya Hərbi Dəniz Qüvvələri bir gündə təşkil olunan üçlü əməliyyat sonrası Karib dənizində 5,5 ton narkotik maddə ələ keçirib. Əməliyyat Kolumbiya, Panama və ABŞ hakimiyyətinin əməkdaşlığı sayəsində mümkün olub. Hər şey qeyri-qanuni yükləri dənizə atarkən hökumət qüvvələrindən qaçmağa çalışan sürətli qayığın aşkarlanması ilə başlayıb. Qayıqda 1911 ədəd düzbucaqlı paketdə 77 bağlama narkotik maddə tapılıb. İkinci əməliyyat zamanı 88 bağlama - 2 tondan çox narkotik maddə aşkarlanıb. Üçüncü əməliyyat isə bir qayıqdan atılan 56 bağlamanın aşkarlanması ilə nəticələnib. Bu, Kolumbiya sahilərində il ərzində aşkarlanan ən böyük narkotik partiyası olub. Mənbə: rossaprimavera.ru Вернуться назад |