Главная > Dünya > Türkiyədə sərnişin avtobusu su kanalına aşıb, 9 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusu su kanalına aşıb, 9 nəfər xəsarət alıb


1-05-2023, 07:35. Разместил: azadses
Türkiyənin Sinop şəhərindən Kastamonu şəhəri istiqamətində hərəkət edən sərnişin avtobusunun idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşması nəticəsində 9 nəfər xəsarət alıb.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə yerinə təcili yardım, jandarm və xilasetmə qrupları cəlb edilib.

Yaralılar təcili yardım maşınları ilə Sinopun Atatürk Dövlət Xəstəxanasına aparılıb. Onlardan birinin vəziyyəti ağırdır.


Вернуться назад