Главная > Dünya > Cənubi Koreyada şiddətli yağışlar sel və torpaq sürüşməsinə səbəb olub
Cənubi Koreyada şiddətli yağışlar sel və torpaq sürüşməsinə səbəb olub7-08-2020, 14:01. Разместил: azadses |
Cənubi Koreyada şiddətli yağışların yol açdığı sel və torpaq sürüşmələri nəticəsində 17 nəfər həyatını itirib. "Azad Səs" Cənubi Koreyanın "Yonhap" agentliyinə istinadən xəbər verir ki, Ölkə daxilində, xüsusən də paytaxt Seulda bir həftə davam edən leysan yağışları nəticəsində meydana gələn sel və torpaq sürüşmələri ən az 6162 binaya ciddi zərər vurub. Fəlakət nəticəsində ən az 2500 nəfər evini itirib, 17 nəfər həlak olub, 10 nəfər isə itkin düşüb. Ölkədə şiddətli yağışların həftəsonu da davam edəcəyi gözlənilir. Вернуться назад |