Главная > Dünya > Rusiya Dneprə zərbə endirib, 2 nəfər həlak olub
Rusiya Dneprə zərbə endirib, 2 nəfər həlak olub28-04-2023, 10:02. Разместил: azadses |
Rusiyanın aprelin 28-də səhər saatlarında Ukraynaya genişmiqyaslı raket hücumu nəticəsində Dnepr şəhərində iki nəfər həlak olub. “Report” xəbər verir ki, bu barədə şəhərin meri Boris Filatov teleqramda bildirib. “Rusiya işğalçı ordusunun Dnepr boyunca raket hücumu gənc qadın və üç yaşlı uşağın ölümü ilə nəticələnib”, - Filatov sosial şəbəkədə qeyd edib. Xatırladaq ki, daha öncə cəbhədən uzaqda yerləşən Uman şəhərinə zərbə endirildiyinə dair məlumat yayılmışdı. Вернуться назад |