Главная > Dünya > Dövlət Departamenti Norveçə 1 milyard dollarlıq helikopter satışına icazə verib
Dövlət Departamenti Norveçə 1 milyard dollarlıq helikopter satışına icazə verib27-04-2023, 09:33. Разместил: azadses |
ABŞ Dövlət Departamenti Norveçə təxminən 1 milyard dollar dəyərində MH-60R helikopterləri və digər sistemlərin mümkün satışına icazə verib. “Report” xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr çərçivəsində xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi bildirib. Qeyd olunub ki, ABŞ Xarici İşlər Nazirliyi Norveç hakimiyyətinə təxminən 1 milyard dollar dəyərində MH-60R çoxməqsədli helikopterlərin və müvafiq avadanlıqların potensial satışını təsdiqləyib. Vaşinqtonun bildirdiyinə görə, krallığın nümayəndələri bundan əvvəl ABŞ-dan bu helikopterlərdən altısının, həmçinin onlar üçün müxtəlif avadanlıq və ehtiyat hissələrinin alınması üçün icazə istəyiblər. ABŞ administrasiyası artıq bu qərarla bağlı ABŞ Konqresini xəbərdar edib. Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və bəlkə də onu bloklamaq üçün 30 günü var. Pentaqon helikopterlərin satışının ABŞ-ın döyüş hazırlığına zərər verməyəcəyinə inandırıb. Вернуться назад |