Главная > Dünya > Avropanın dörd ölkəsi işıqsız qaldı
Avropanın dörd ölkəsi işıqsız qaldı26-04-2023, 20:33. Разместил: azadses |
İsveçdə “Forsmark” atom elektrik stansiyasında iki reaktor şəbəkədən ayrılıb. Bu da Norveç, İsveç, Danimarka və Finlandiyada elektrik enerjisinin kütləvi şəkildə kəsilməsinə gətirib çıxarıb. Səhər saatlarında baş verən hadisə nəticəsində paytaxt Stokholmda elektrik enerjisi kəsilib və bu da metronun hərəkətinin dayanmasına səbəb olub. Fin operatoru “Fingrid”in məlumatına görə, nasazlıq səbəbindən əvəzedici qurğuları işə salmaq lazım gəlib, bundan sonra vəziyyət stabilləşib. Mənbə: MK.ru Вернуться назад |