Главная > Dünya > Liviya Sudanla sərhədini bağladı

Liviya Sudanla sərhədini bağladı


25-04-2023, 19:33. Разместил: azadses
Liviya Milli Ordusu Sudanda ordu ilə xüsusi təyinatlılar arasında davam edən qarşıdurmalara görə onunla sərhədini bağlayıb.

Bu barədə Liviya Silahlı Qüvvələrinin Ali Komandanlığındakı mənbələr məlumat yayıblar.

Qeyd edilir ki, Liviya ordusu, həmçinin ölkənin cənub-şərqində Kufrə şəhərinə əlavə qüvvələr göndərib, bölgədəki qüvvələrini səfərbər edib.

Ölkələr arasında dövlət sərhədinin uzunluğu 382 km-dir, Liviyanın bu bölgədəki ərazisindən qaçaqmalçılıq və insan alveri ilə məşğul olan silahlı qruplar və cinayətkar dəstələr istifadə edirlər. Sərhəd keçidi Liviya Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Sudan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə döyüşlər başlayandan 600-dən çox insan ölüb.

Mənbə: Al-Marsad


Вернуться назад