Главная > Dünya > Türk Hava Yolları milyardıncı sərnişininə mükafat verdi

Türk Hava Yolları milyardıncı sərnişininə mükafat verdi


25-04-2023, 19:02. Разместил: azadses
Türk Hava Yollarının milyardıncı sərnişini Mustafa Balcı bazar ertəsi İstanbul-Adıyaman reysi ilə uçub.

Sərnişini milli aviadaşıyıcının idarə heyətinin rəhbəri Ahmet Bolat şəxsən müşayiət edərək ona 1 milyon səyahət milinin kuponunu təhvil verib.

Bolatın sözlərinə görə, 1933-cü ildə yaradılan aviaşirkət qarşısına iddialı yeni məqsəd qoyur - 2 milyard sərnişin səviyyəsinə çatmaq.
“Biz 90 ildə bir milyard sərnişin həddinə çatdıq. Ümid edirik ki, 8 il ərzində, yəni 2031-ci ildə bu rəqəmi iki dəfə artıracağıq”, deyə şirkət rəhbəri bildirib.

Mənbə: Anadolu


Вернуться назад