Главная > Dünya > Rusiyada təcili tibbi yardım helikopteri qəzaya uğrayıb: Ölən var

Rusiyada təcili tibbi yardım helikopteri qəzaya uğrayıb: Ölən var


25-04-2023, 15:02. Разместил: azadses
Rusiyanın Volqoqrad vilayətində təcili tibbi yardım helikopteri qəzaya uğrayıb.

Xəbəri vilayətin fövqəladə hallar nazirliyi yayıb.

Qəza nəticəsində bir ekipaj üzvü həlak olub.

Yayılan ilkin məlumata görə, əvvəl helikopter radarlardan itib.

Pilot təcili eniş həyata keçirəcəyi ilə bağlı məlumat versə də, helikopter eniş etməyib və radarlardan itib.
Daha sonra təyyarənin qalıqları və pilotun cəsədi enişin planlaşdırıldığı yerdən beş kilometr aralıda tapılıb.

Qəzanın ilkin səbəbi kimi nasazlıq göstərilir.

Mənbə: İzvestiya


Вернуться назад