Главная > Dünya > ABŞ hərbçiləri Sudandan Amerikanın dövlət qulluqçularını, xarici diplomatları təxliyə edib

ABŞ hərbçiləri Sudandan Amerikanın dövlət qulluqçularını, xarici diplomatları təxliyə edib


23-04-2023, 13:58. Разместил: azadses
ABŞ ordusu Sudandan bütün ABŞ dövlət qulluqçularını və onların ailələrini, eləcə də bir neçə xarici diplomatı – azı 100 nəfəri təxliyə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndələri bildiriblər.

"Əməliyyatda ümumilikdə 100-dən bir qədər çox hərbçi iştirak edib. Hərbçi həmkarlarımız tərəfindən təxliyə edilənlərin sayı 100-dən az olub", - rəsmilərdən biri qeyd edib.


Вернуться назад