Главная > Dünya > Krımda hava hücumundan müdafiə sistemləri işə düşüb

Krımda hava hücumundan müdafiə sistemləri işə düşüb


22-04-2023, 15:01. Разместил: azadses
Rusiyanın ilhaq etdiyi Ukraynanın Krım yarımadasında hava hücumundan müdafiə sistemləri işə düşüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Krımdakı separatçıların başçısı Sergey Aksenov teleqram kanalında yazıb.

O bildirib ki, heç bir itki yoxdur.

Hava hücumundan müdafiə sistemlərinin işə salınmasının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Rusiya Krım yarımadasını 2014-cü ildə ilhaq edib.


Вернуться назад