Главная > Dünya > ABŞ Rusiya və Çinlə strateji sabitliyə dair dialoq aparmaq istəyini ifadə edib

ABŞ Rusiya və Çinlə strateji sabitliyə dair dialoq aparmaq istəyini ifadə edib


19-04-2023, 12:10. Разместил: azadses
Amerika Birləşmiş Ştatları Rusiya və Çinlə strateji sabitliyə dair dialoq aparmaq arzusundadır.

“Report” xəbər verir ki, bunu ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının rəhbəri Cil Hrubi bildirib.

O qeyd edib ki, Vaşinqton ən son silah sistemlərinin yoxlanılması üçün texnologiyaların hazırlanmasına başlayıb.

Belə bir layihə, Hrubinin fikrincə, Rusiya və Çinlə strateji sabitlik üzrə dialoqun baş tutacağı təqdirdə ABŞ-ın mövqeyini gücləndirəcək.

Qeyd edək ki, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov bildirib ki, ABŞ-la strateji sabitliklə bağlı dialoq üçün heç bir ilkin şərt yoxdur.


Вернуться назад