Главная > Dünya > Avropa Komissiyasının rəhbəri məhkəməyə verildi

Avropa Komissiyasının rəhbəri məhkəməyə verildi


18-04-2023, 10:03. Разместил: azadses
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen toxunulmazlığından məhrum edilməli və qanuna uyğun olaraq pandemiya zamanı etdiyi hərəkətlərə görə cavab verməlidir.

Bunu Belçika konsaltinq firmasının sözçüsü Frederik Baldan deyib.

Bildirilir ki, pandemiya zamanı AK rəhbəri koronavirusa qarşı vaksinlərin tədarükü üçün "Pfizer" ilə 1,8 milyard avro məbləğindəki müqavilənin uzadılmasına yardımçı olub.

Balsanın sözlərinə görə, məmurun əczaçılıq sənayesinin nümayəndələri ilə danışıqlar aparmaq hüququ yoxdur, çünki bu, Aİ ölkələri liderlərinin səlahiyyətlərinə aiddir. Onun fikrincə, fon der Lyayenin hərəkətləri Aİ büdcəsinə ziyan vurub və əhalinin Avropa institutlarına inamını sarsıdıb. Odur ki, AK rəhbəri öz əməlinə görə, xüsusilə də, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və bir sıra mühüm rəsmi sənədlərin məhvinə görə cavab verməlidir.
Qeyd olunur ki, Baldan aprelin 5-də Lyejdə birinci instansiya məhkəməsinə şikayət edib. İddia ərizəsində o, AK rəhbərindən mənəvi ziyana görə iddiaçının xeyrinə 50 min avro tələb edib.

Mənbə: rambler.ru


Вернуться назад