Главная > Dünya > Yaponiyada G7-nin XİN başçılarının görüşü keçiriləcək

Yaponiyada G7-nin XİN başçılarının görüşü keçiriləcək


16-04-2023, 16:22. Разместил: azadses
Bu gün Yaponiyanın Kariuzava şəhərində ölkənin sədrliyi ilə G7-yə üzv dövlətlərin xarici işlər nazirlərinin 2023-cü ildə ilk görüşü keçiriləcək.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasinin sözlərinə görə, üç gün davam edəcək tədbir G7 ölkələrində birlik nümayiş etdirmək, onun nümayəndələrinə dostluq və etimad münasibətlərinin möhkəmləndirilməsinə kömək üçün nəzərdə tutulub.

Danışıqların əsas mövzularından biri Ukrayna ətrafında vəziyyət olacaq. Hayasi, görüş ərəfəsində vurğulayıb ki, G7 Rusiya Federasiyasının hərəkətlərini kəskin tənqid edərək növbəti dəfə "Ukraynaya sarsılmaz dəstəyini nümayiş etdirmək niyyətindədir". Onun sözlərinə görə, G7, həmçinin nüvə silahından istifadənin və təhdidlərin yolverilməzliyini vurğulamaq niyyətindədir.


Вернуться назад