Главная > Dünya > Keniya kosmosa ilk peykini göndərib

Keniya kosmosa ilk peykini göndərib


16-04-2023, 14:49. Разместил: azadses
Keniya Yerin səthini müşahidə etmək üçün istifadə olunacaq “SpaceX” raketinin göyərtəsində ilk peykini kosmosa buraxıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, doqquz keniyalı mühəndis tərəfindən hazırlanmış peyk kənd təsərrüfatı və ətraf mühit, o cümlədən daşqınlar, quraqlıq və meşə yanğınları ilə bağlı məlumatları toplayacaq.

“Taifa-1” peykini daşıyan “Falcon 9” raketi pis hava şəraiti səbəbindən üç dəfə təxirə salındıqdan sonra ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından insidentsiz havaya qalxıb.


Вернуться назад