Главная > Dünya > Qısa ətəklərin yaradıcısı Meri Kuant vəfat etdi

Qısa ətəklərin yaradıcısı Meri Kuant vəfat etdi


14-04-2023, 09:01. Разместил: azadses
Qısa ətəklərin yaradıcısı hesab olunan britaniyalı dizayner Meri Kuant cümə axşamı 93 yaşında vəfat edib.

O, Surreydəki evində dünyasını dəyişib.

Xatırladaq ki, 1966-cı ildə Kuant Britaniya İmperiyasının ordeni ilə təltif olunub.
2021-ci ildə britaniyalı kinorejissor Sedi Frost dizaynerin həyatından bəhs edən “Meri Kuant: Qısa İnqilab” adlı sənədli film çəkib.

Mənbə: TASS


Вернуться назад