Главная > Dünya > Toz fırtınası Monqolustan və Çindən Tokioya çatıb

Toz fırtınası Monqolustan və Çindən Tokioya çatıb


13-04-2023, 21:11. Разместил: azadses
Monqolustan və Çindən gələn toz fırtınası Tokioya çatıb.

Bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, bu təbiət hadisəsi 2021-ci ilin may ayından sonra Tokioda ilk dəfə müşahidə olunur.

Bundan əvvəl Yaponiyanın bir sıra bölgələrinin, o cümlədən Naqasaki, Fukuoka və Tottorinin səlahiyyətliləri görmənin pisləşməsi ilə əlaqədar yerli sakinləri yollarda diqqətli olmağa çağırıb. Bundan başqa, əhaliyə paltarları eyvanlarda qurutmamaq, uşaqların küçədə oynamasına icazə verməmək, maska ​​taxmaq tövsiyə olunub.
Meteoroloqlar yaxın günlərdə toz buludunun demək olar ki, bütün Yaponiya ərazisini əhatə edə biləcəyini proqnozlaşdırırlar.

Mənbə: TASS


Вернуться назад