Главная > Dünya > Nikol Paşinyan: “Ermənistan Azərbaycanla sərhədin delimitasiyasına hazırdır”
Nikol Paşinyan: “Ermənistan Azərbaycanla sərhədin delimitasiyasına hazırdır”13-04-2023, 18:06. Разместил: azadses |
“Ermənistan Soçi və Praqada əldə olunmuş razılaşmalar əsasında Azərbaycanla sərhədin delimitasiyasına hazırdır”. “Report” “Novosti Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 13-də hökumətin iclasından əvvəl bildirib. O iddia edib ki, bütün çətinliklərə baxmayaraq rəsmi İrəvan regional məsələlərin, Ermənistan-Azərbaycan münasibətlərinin sülh yolu ilə diplomatik həlli siyasətinə sadiqdir. N.Paşinyan Ermənistanın əvvəllər elan olunmuş prinsiplər əsasında regional nəqliyyat və iqtisadi marşrutları açmağa hazır olduğunu vurğulayıb. Вернуться назад |