Главная > Dünya > Londonda həkimlər bu ildə ikinci dəfə əməkhaqqı tələbi ilə tətilə çıxdılar

Londonda həkimlər bu ildə ikinci dəfə əməkhaqqı tələbi ilə tətilə çıxdılar


12-04-2023, 10:12. Разместил: azadses
On minlərlə həkim Böyük Britaniyanın paytaxtı Londonda 4 günlük tətilə çıxıb.

Onlar illərdir maaş artımının inflyasiyadan aşağı olduğunu iddia, maaşlarının 35 faiz artırılmasını tələb edirlər.

Tətili səbəbi ilə 350 mindən çox həkim qəbulu və əməliyyatın ləğv edilməsi gözlənilir.

Tətil aprelin 15-də səhər saatlarında başa çatacaq.
Həkimlər 13 martda da 72 saatlıq tətil etmək qərarı qəbul etmişdilər.

Mənbə: Anadolu


Вернуться назад