Главная > Dünya > Yaponiyada tapılan qalıqların radarlardan itən “Qara şahin”ə aid ola biləcəyi bildirildi - FOTO

Yaponiyada tapılan qalıqların radarlardan itən “Qara şahin”ə aid ola biləcəyi bildirildi - FOTO


8-04-2023, 08:46. Разместил: admin
Yaponiyada tapılan qalıqların radarlardan itən “Qara şahin”ə aid ola biləcəyi bildirildi - FOTO
Yaponiyada hərbi helikopterin qalıqları tapılıb.

Bu qalıqların dünən anidən radarlardan itən “UH60” hərbi helikopterinə aid olduğu ehtimal edilir.

Göyərtəsində 10 nəfərin olduğu Yaponiya hərbi helikopterinin Okinava bölgəsində dənizə düşdüyü təxmin edilir. Belə ki, axtarış-xilasetmə əməliyyatları zamanı dənizdə helikopterin hissələri olduğu düşünülən qalıqlar aşkarlanıb. Dənizdə neft izləri və rotor qanadına aid ola biləcək hissələr tapılıb.

Bu barədə yaponiyalı general Yasunori Morişita Tokioda jurnalistlərə məlumat verib. “Biz havada qəzanın baş verdiyinə inanırıq”, - deyə o qeyd edib.

Xatırladaq ki, dünən günorta saatlarına Yaponiyaya məxsus “Black Hawk” (“Qara şahin”) kimi tanınan “UH60” helikopteri Miyako adası yaxınlığında radarların ekranlarından itib.



Вернуться назад