Главная > Dünya > Tramp ABŞ tarixinin ən utancverici məqamından danışdı
Tramp ABŞ tarixinin ən utancverici məqamından danışdı5-04-2023, 14:24. Разместил: admin |
“Əfqanıstandan çıxmaq ABŞ tarixində ən utancverici məqam oldu”. Bu sözləri ABŞ-nin keçmiş prezidenti Donald Tramp deyib. Tramp qeyd edib ki, ABŞ Yaxın Şərq ölkəsindən çıxmaqla öz vətəndaşlarını və 85 milyard dollar dəyərində dünyanın ən yaxşı hərbi texnikasını orada qoyub. Xatırladaq ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması 2021-ci ilin yazında başlayıb. ABŞ hərbçilərinin kontingentinin azalmasından istifadə edən “Taliban” döyüşçüləri ölkənin bir sıra rayonlarını və artıq avqustun 15-də paytaxt Kabili ələ keçiriblər. Qərbdə və Rusiyada bəzi siyasətçilər və diplomatlar hadisəni ABŞ-nin uğursuzluğu kimi dəyərləndiriblər. Vaşinqton isə iddia edir ki, qoşunlar buna zərurət yarandığı üçün çıxarılıb. Вернуться назад |